Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
23 iyun 2026 | 12:44
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı geniş tərkibdə qeyd olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, RİHB-sı Aparatının əməkdaşları və ərazi icra nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və onların nəticələri barədə məlumat verib. Bildirilib ki, ölkənin bugünkü inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəetmə islahatlarının nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində müasir dövlət idarəetmə sistemi formalaşıb, vətəndaş hüquqlarının qorunması təmin edilib və idarəetmə mexanizmləri daim təkmilləşdirilir.
Sonda bir sıra dövlət qulluqçularına Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.












