Dövlət qulluqçuları üçün təlimlər keçirilib
Rayon Gənclər Evində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında çalışan dövlət qulluqçularının peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında üç günlük təlim keçirilib.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqaməti – “Dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması” çərçivəsində təşkil olunub. Sözügedən fəaliyyət istiqamətinin əsas məqsədlərindən biri dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların peşəkar fəaliyyətinin səmərəliliyinin yüksəldilməsidir.
Keçirilmiş təlimlər zamanı dövlət qulluqçularının effektiv ünsiyyət qurmaq, vakant inzibati vəzifələrin idarə olunması, iş prosesində motivasiyanın artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin səmərəli təşkili ilə bağlı bilik və bacarıqları artırılıb.












