Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərlə görüş keçirilib

09 iyul 2026 | 16:54
        Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasının təmin edilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
        Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Həmid Nəsirov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Göygöl rayon qəbul şöbəsinin müdiri Eşqin Məhərrəmov, işəgötürənlər və cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər iştirak ediblər.
        Çıxışlarda bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə uğurlu reinteqrasiyası və normal həyata qayıtması onların məşğulluq imkanlarından birbaşa asılıdır. İşlə təmin olunmaları maddi ehtiyaclarını qanuni yollarla ödəmələrinə, sosial münasibətlərini bərpa etmələrinə və təkrar hüquqazidd davranış riskinin azalmasına şərait yaradır.
        Həmid Nəsirov sosial reinteqrasiya və məşğulluq sahəsində qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.22-ci və 24.9-cu maddələrinə əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edilir. Həmçinin özünüməşğulluq proqramlarının icrası zamanı bu kateqoriyadan olan işsiz şəxslərə üstünlük verildiyi diqqətə çatdırılıb və Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının əməkdaşları tərəfindən iştirakçılara ətraflı məlumat təqdim olunub.
Keçidlər