Çernobıl əlilləri ilə görüş təşkil olunub
29 aprel 2026 | 12:04
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel-Çernobıl faciəsi”nin 40 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə RİH-in məsul əməkdaşları və Çernobıl əlilləri iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Çernobıl faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çernobıl faciəsinə həsr olunmuş videoçarx təqdim olunub.
Çıxış edənlər bildiriblər ki, 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş güclü partlayış dünyanın ən böyük texnogen fəlakətidir. Hadisə zamanıı minlərlə insan həlak olub, digərləri isə sağalmaz xəstəliyə tutulublar. Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak etmiş, onlardan bir çoxu həlak olmuşdur. Qeyd edilib ki, Ulu Öndərimiz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl qəzası iştirakçılarının hüquqlarının müdafiəsini təmin etmək məqsədilə onun bilavasitə rəhbərliyi altında «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» qanun qəbul olunmuş, iştirakçılara pensiya və müavinətlər təyin edilmişdir. Həmçinin qeyd olunub ki, bu siyasət Möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Çernobıl qəzası iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilir.
Çernobıl əlilləri onlkara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.












