Şriftin ölçüsü :

Saytın rəngi :

Çaylı kəndində səyyar qəbul keçirilib

24 noyabr 2025 | 13:02
Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən, əhalinin müraciətlərinin yerlərdə dinlənilməsi və həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səyyar qəbul qrafikinə əsasən Çaylı kənd sakinləri ilə səyyar görüş keçirilib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər. Sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Keçidlər