Çaykənd və Yeni Zod kənd sakinlərinin müraciətləri dinlənilib
30 oktyabr 2026 | 18:36
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Çaykənd və Yeni Zod kəndlərində vətəndaşlarla görüş keçirib. Əvvəlcə kənddə yerləşən şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.
Görüşlərin keçirilməsi vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir.
Keçirilən görüşdə bir sıra məsələlər öz həlini tapmış, içməli su təminatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, bankomatın quraşdırılması və digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.












