Çaykənd kəndində sakinlərlə səyyar görüş keçirilib
26 may 2026 | 16:56
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Çaykənd kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdən əvvəl kənddə yerləşən şəhidlərin xatirə abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.
Səyyar qəbulda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.












