Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq yarışa hazırlıq işləri davam edir

07 may 2026 | 18:12
        “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə keçirilməsi məqsədilə zəruri infrastrukturun hazır vəziyyətə gətirilməsi ilə bağlı Göygöl rayonunda da işlər davam etdirilir.
        Belə ki, yarış iştirakçılarının hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgilərinin, yol göstərici xətlərinin rənglənməsi, yolların kənarlarında təmizlik işlərinin aparılması təmin olunmaqla yanaşı ətraf mühitin abadlaşdırılması istiqamətində yeni dekorativ ağac və gül kolları əkilir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Həmçinin yolboyu yerləşən istinad divarlarında və səkilərdə də cari təmir işləri aparılır.
        RİH başçısı, RPŞ-nin rəisi və rayon prokuroru aidiyyəti qurumların nümayəndələri ilə birlikdə marşrut üzrə ərazilərdə olublar. Ərazilərə baxış zamanı görülən işlərin keyfiyyəti, təhlükəsizlik tədbirlərinin təşkili və yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb.
        Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının 4-cü mərhələsi 13.05.2026-cı il tarixdə keçiriləcək. Bu mərhələdə iştirakçılar Gəncə şəhərindən start götürərək Göygöl ərazisindən keçməklə Naftalan şəhərində finiş xəttini keçəcəklər.
Keçidlər