Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq veloyarışın Göygöl marşrutunda hazırlıq işləri

24 aprel 2026 | 12:57

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku–Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped yarışının 4-cü mərhələsinin marşrutunun mayın 13-də Göygöl rayonu ərazisindən keçməsi ilə əlaqədar hazırlıq işləri davam etdirilir.

Bununla bağlı RİH başçısı Vüqar Novruzov və RPŞ-nin rəisi Şəmşir Kazımov aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yarış marşrutunun keçəcəyi ərazilərə baxış keçiriblər. Baxış zamanı yol infrastrukturunun mövcud vəziyyəti, təhlükəsizlik tədbirlərinin təşkili, yol nişanlarının quraşdırılması, eləcə də iştirakçıların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məsələləri diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda yarış günü nəqliyyatın hərəkətinin tənzimlənməsi və marşrut boyunca müvafiq xidmətlərin operativ fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti qurumların nümayəndələrinə konkret tapşırıqlar verərək, zəruri təmir-bərpa işlərinin görülməsini, yolların təmizliyinin və abadlığının təmin olunmasını, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıb.

Keçidlər