Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq veloturun növbəti mərhələsi – Göygöl

13 may 2026 | 11:45
        Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı–Xankəndi” beynəlxalq velosiped turunun iştirakçıları mayın 13-də növbəti mərhələ üzrə Göygöl rayonu ərazisindən keçiblər.
        İdmançıların rayondan keçidi sakinlər və gənclər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb, onlar alqışlarla salamlanıblar.
        Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) C2.1 kateqoriyalı turnirində dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət veloturun dördüncü hissəsi 152,7 kilometrlik məsafəni əhatə edir. “Bakı–Xankəndi” beynəlxalq velosiped turuna mayın 14-də Xankəndi şəhərində yekun vurulacaqdır.
Keçidlər