Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Rəqs Günü qeyd olunub

30 aprel 2026 | 12:56
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 29 aprel – Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir keçirilib.
        Tədbirdə RİHB-in əməkdaşları, mədəniyyət işçiləri, rəqs kollektivləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
        Çıxış edənlər vurğulayıb ki, rəqs xalqlar arasında mədəni körpü rolunu oynayır, dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirir. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Qeyd olunub ki, rəqsin izlərinə qədim memarlıq abidələrimizdə də rast gəlinir. Qobustan qayaüstü rəsmlərində təsvir edilən yallı rəqsi birliyin, sevincin rəmzi hesab olunur. Milli rəqslərimiz xalqımızın xarakterini, həyat tərzini, keçirdiyi hisləri ifadə edir.
        Tədbir rəngarəng konsert proqramı ilə davam edib. Səhnədə Azərbaycan milli rəqsləri ilə yanaşı, müasir və xalq rəqslərinin sintezindən ibarət kompozisiyalar nümayiş etdirilib.
Keçidlər