Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Kitab Günü qeyd olunub

23 aprel 2026 | 16:05
        “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Şəhərsalma və Memarlıq İli çərçivəsində 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib. Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə RİHB-in, idarə və müəssisələrin əməkdaşları, gənclər, məktəblilər, rayon sakinləri iştirak ediblər. Çıxış edənlər kitabların insan həyatındakı əhəmiyyətindən bəhs edərək mütaliə mədəniyyətinin təbliğinin vacibliyini vurğulayıblar.
        Sərgidə müxtəlif janrları əhatə edən – klassik və müasir ədəbiyyat nümunələri, elmi-kütləvi nəşrlər, uşaq ədəbiyyatı və yerli müəlliflərin əsərləri nümayiş etdirilib. Şəhərsalma və memarlıq irsimizlə bağlı xüsusi guşədə sərgilənən kitablar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
        İştirakçılar tədbir çərçivəsində kitablarla tanış olub, sevdikləri əsərlər barədə fikirlərini bölüşüb və bir-birilərinə kitab tövsiyə ediblər.
        Tədbirdə Ulu Öndər Heydər Əliyevin kitab və mütaliə ilə bağlı dəyərli fikirlərindən hazırlanmış videoçarx nümayiş olunub.
Keçidlər