Bənövşəli kəndində qanunsuz tikili sökülüb
13 avqust 2026 | 17:17
Göygöl rayonunun Bənövşəli kəndi ərazisində meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsində qanunsuz tikili sökülüb.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.












