Bələdiyyə sədrləri ilə görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən bələdiyyə sədrləri ilə görüşüb. Görüşdə bələdiyyələr tərəfindən görülmüş işlər, vergilərin və ödənişlərin yığılması, bu sahədə mövcud vəziyyət müzakirə edilib. Bələdiyyələrin maliyyə durumunun yaxşılaşdırılmasında yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsinin, vergi borcu olan vətəndaşlarla müvafiq izahat işinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində yaradılmış yeniliklər barədə müzakirələr aparılıb, rayon ərazisində təmizliyə riayət edilməsi üçün vətəndaşlarla və sahibkarlarla maarifləndirici söhbətlərin vacibliyi, qanunamüvafiq tədbirlərin görülməsi tövsiyə edilib.












