Bəhrambağ qəsəbəsində səyyar qəbul təşkil olunub
03 fevral 2026 | 17:00
Rayon İcra Hakimiyyətinin başçısı müəyyən edilmiş səyyar qəbul cədvəlinə uyğun olaraq Bəhrambağ qəsəbə sakinləri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən xidmət qurumlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, məsələlərin icrası nəzarətdə saxlanılıb.












