“Basarkeçər həkimləri” kitabının təqdimatı
10 iyun 2026 | 12:38
Tədbirdə RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və Zod kənd icmasının üzvləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, kitabda Basarkeçər mənşəli 900-ə yaxın həkim haqqında məlumat toplanıb, onların elmi və peşəkar fəaliyyətinə geniş yer verilib. Natiqlər nəşrin tarixi yaddaşın qorunması, görkəmli həkimlərin tanıdılması və gənc nəslin maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda bir qrup həkimə kitablar, yeni üzvlərə isə QAİ-nin üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.












