Balıqçılıq təsərrüfatı ilə tanışlıq
Rayon İcra Hakimiyyətinin başçısı Göygöl şəhəri Gəncə çayı sahilinin ərazisində fəaliyyət göstərən Helenendorf Farm "Apeks-1" MMC balıqçılıq təsərrüfatı ilə tanış olub.
Təsərrüfatın rəhbəri Kamal Məmmədov müəssisənin fəaliyyəti, istehsal imkanları, yetişdirilən balıq növləri və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Möhtərəm Prezidentimizin bütün sahələrə olduğu kimi aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü dövlət proqramları regionlarda kənd təsərrüfatının, o cümlədən balıqçılıq sahəsinin inkişafına geniş imkanlar yaradıb. Verilən subsidiyalar, güzəştli kreditlər və dövlət dəstəyi mexanizmləri istehsalın artırılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verir.
Təsərrüfat rəhbəri göstərilən diqqət və dəstəyə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Yekunda xatirə fotosu çəkdirilib.












