Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın İpək İncisi – Kəlağayı

30 noyabr 2025 | 13:06
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbində 26 Noyabr – Kəlağayı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən rəsmilər bildiriblər ki, kəlağayı təkcə bir baş örtüyü deyil, xalqımızın tarixi, estetik düşüncəsi və mənəvi dəyərlərinin canlı ifadəsidir. Qeyd olunub ki, milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğının göstərildiyi ölkəmizdə kəlağayı sənətinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə mühüm yer tutması beynəlxalq səviyyədə də təsdiqlənmişdir.
Xüsusilə vurğulanıb ki, 2014-cü il noyabrın 26-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Tədbir çərçivəsində Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış çıxışlar və musiqi kompozisiyası təqdim olunub.
Keçidlər