Aşıqlı kəndində səyyar qəbul keçirilib
30 iyun 2026 | 16:40
Qəbuldan əvvəl kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri qoyularaq Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsi ehtiramla anılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının Aşıqlı kəndində keçirdiyi növbəti səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.
Qəbulda rayon prokuroru, YAP rayon təşkilatının sədri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Sakinlərlə keçirilən görüşdə onların səsləndirdiyi müraciət, təklif və problemlər ətrafında müzakirələr aparılıb. Qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.
Görüş iştirakçıları vətəndaşların rifahının yüksəldilməsi, onların müraciətlərinə həssas yanaşılması və sosial problemlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.












