Asfaltlanma işlərinə baxış keçirilib
12 oktyabr 2026 | 17:12
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl-Topalhəsənli-Şəhriyar-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun Göygöl şəhərinin M.Ə.Sabir küçəsinin 2 km hissəsində aparılan asfaltlanma işləri ilə yerində tanış olub.
Baxış zamanı yolun mövcud vəziyyəti, aparılan asfaltlanma işlərinin gedişi və görülən işlərin həcmi nəzərdən keçirilib. Aidiyyəti məsul şəxslərə işlərin keyfiyyətlə və müəyyən olunmuş tələblərə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Aparılan abadlıq və yol infrastrukturu işlərinin kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına mühüm töhfə verəcəyi qeyd olunub.












