Aprel döyüşlərinin 10-cu ildönümü anılıb
Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş "Aprel döyüşləri möhtəşəm zəfərə yol açdı" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədri, Aprel döyüşlərinin veteranları, şəhid ailələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Aprel döyüşlərinə həsr olunmuş videçarx təqdim olunub.
Çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan ordusunun gücünü, xalqımızın birliyini və qələbə əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayaraq 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Şanlı Qələbəmizin təməli və mənəvi müjdəçisi olduğunu qeyd ediblər. Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür anım mərasimlərinin müstəsna əhəmiyyəti, şəhidlərimizin qanının yerdə qalmadığı və ərazi bütövlüyümüzün tam bərpa olunduğu bir daha qürurla diqqətə çatdırılıb.
Dəyirmi masada Aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolundan bəhs edib, şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.












