Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidinin qəhrəmanlığı yüksək qiymətləndirilib

18 may 2026 | 17:05
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aprel döyüşlərinin 10 illiyi münasibətilə şəhid Bağırov Sərxan Azər oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin medalı RİH başçısı, rayonda yerləşən “N” saylı hərbi hissənin komandiri və SHXÇDX-nin rayon şöbəsinin rəisinin iştirakı ilə şəhidin valideynlərinə təqdim edilib.
        Görüşdə Göygölün Əlimədədli kəndindən olan, Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Bağırov Sərxan Azər oğlunun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və fədakarlıqdan bəhs olunub. Bildirilib ki, şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.
        Şəhid valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlığını bildiriblər.
Keçidlər