Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı səfiri Göygöl rayonuna səfər edib

16 oktyabr 2026 | 12:09
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  Almaniya Federativ Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dirk Lölkeni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə rayonun zəngin tarixi-mədəni irsi, alman məskunlaşmasının bölgənin tarixindəki yeri, tarixi abidələrin qorunması və Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
       Rəsmi görüşdən sonra Göygölün alman irsini əks etdirən tarixi məkanlara baxış keçirilib, sonuncu alman Viktor Klaynın ev-muzeyi, müqəddəs İohan kilsəsi və digər yerlərlə tanış olub. Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin müəllim və şagird heyəti Azərbaycan və Alman dillərində musiqi təqdim ediblər. Səfər çərçivəsində əsası almanlar tərəfindən qoyulmuş Göygöl Şərab Zavoduna baxış keçirilib.
       Qonaqlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər