Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyalı bloger Göygöldə

06 fevral 2026 | 17:19

Almaniyalı tanınmış səyahət blogeri Finn Vasser YouTube səhifəsində əsasən müxtəlif ölkələrdə olan alman irsi haqqında videolar paylaşır. Blogerin budəfəki səfəri Göygöl şəhərinə olub.

 

Finn Vasser Göygöldə XIX əsrin əvvəllərində almanlar tərəfindən inşa edilən və bu günədək qorunub saxlanılan Lüteran alman kilsəsini, sonuncu alman sakini Viktor Klaynın ev-muzeyini, alman evlərini və onların zirzəmilərini lentə alıb.

 

Almaniyalı qonaq 200 il əvvəl burada məskunlaşmış almanların izlərinin bu günə qədər qorunub saxlanılmasına görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirərək, Göygöldən yüksək təəssüratlarla ayrılıb.

Keçidlər