Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15 aprel 2026 | 13:43
       Göygöl Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Gözlərə işıq verən, nurlu baxışlarda və qəlblərdə yaşayan insan” adlı tədbir keçirilib.
       Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə öncə Ümummilli Liderimiz Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Çıxış edən natiqlər Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan bəhs edərək, onun insanlara işıq bəxş edən fəaliyyəti, yüksək insani keyfiyyətləri və tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələri diqqətə çatdıraraq Zərifə xanımın yaratdığı dəyərlərin bu gün də insanların sağlamlığına xidmət etdiyini vurğulayıblar.
       Bildirilib ki, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinə görə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacaqdır.
Keçidlər