Ağacəkmə aksiyası keçirilib
27 fevral 2026 | 16:38
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.
Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayında keçirilən ağaçəkmə aksiyası zamanı 0.50 ha ərazidə palıd və cökə cinsindən 1650 ədəd ting əkilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyələr və Mərkəzin əməkdaşları iştirak etmişdir.












