Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə aksiyası keçirilib

23 mart 2026 | 11:52

         2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 21 mart “Beynəlxalq meşələr günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd m/b-nin 1 saylı meşə dolayının 42-ci kvartalında keçirilən ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 10 saylı (Göygöl) RMTM-nin işçiləri, icra nümayəndələri və bələdiyyələr iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 0,50 ha sahədə 2 minə yaxın göyrüş və cökə cinsindən tinglər əkilmişdir.  

Keçidlər