Ağacəkmə aksiyası keçirilib
18 sentyabr 2026 | 12:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
Hazırki ağacəkmə aksiyasında Göygöl şəhərində 400-dək dekorativ ağac və kol bitkiləri əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Görülən işlər ekoloji tarazlığın və ətraf mühitin qorunmasına, sakinlər üçün sağlam mühitin yaradılmasına yönəldilmişdir.












