Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə aksiyası keçirilib

08 aprel 2026 | 12:34

       “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiyada RİH-nin başçısı, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə əməkdaşları iştirak ediblər.

       Aksiya zamanı rayonun iqlim şəraitinə uyğun olan eldar şamı, çinar və digər növ dekorativ ağaclar əkilib, aqrotexniki qulluq göstərilib.

       “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonda ekoloji tədbirlərin il boyu davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər