Abadlıq və yaşıllaşdırma işləri davam etdirilir
25 avqust 2026 | 16:16
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində rayon ərazisində 500-dən artıq müxtəlif növ dekorativ ağac və kollar əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Qeyd edək ki, həyata keçirilən tədbirlər ekoloji tarazlığın və ətraf mühitin qorunmasına, sakinlər üçün daha rahat və sağlam mühitin formalaşmasına xidmət edir.












