Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr – Bayraq Günü münasibəti ilə Göygöl Dövlət Rəmzləri Muzeyində tədbir keçirilib

09 noyabr 2026 | 11:04
        Göygöl Rayon İcra Hakimiyyətinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-in əməkdaşları, şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
        Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edən natiqlər Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixi, milli dövlətçilik rəmzi kimi əhəmiyyəti və xalqımızın müstəqillik mübarizəsindəki yeri barədə məlumat veriblər. Bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçıları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam təmin olundu. İndi üçrəngli şanlı bayrağımız vətənimizin hər bir guşəsində qürurla dalğalanır.
        Şagirdlərin vətənpərvər mövzuda çıxışları dinlənilib, iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar. Sonda xatirə fotosu çəkdirilib.
Keçidlər