5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür
05 oktyabr 2026 | 11:49
Göygöl Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Göygöl RİHB-nın müavini, RTS-nun müdiri, rayonun təhsil işçiləri və müəllimlər iştirak ediblər.
İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsilin inkişafına, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərib. Bu ənənə Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsinin inkişafı, müasir məktəb infrastrukturunun yaradılması və müəllim nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, müəllim yalnız bilik öyrədən deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik ruhunda yetişməsində mühüm rol oynayan ziyalıdır. Bu məsuliyyətli və şərəfli fəaliyyət yüksək peşəkarlıq, fədakarlıq və böyük məsuliyyət tələb edir.
Təhsil sahəsində fərqlənən bir qrup müəllim və təhsil işçisinə fəxri fərmanlar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.












