Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Mart – Bədən tərbiyəsi və İdman Günü” qeyd olunub

04 mart 2026 | 15:22

       Göygöl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “5 Mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib.

       Öncə Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

       Gənclər evində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

       Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasətindən söhbət açaraq idmançılarımıza yeni-yeni qələbələr arzulayıblar. Sonda ötən il ərzində beynəlxalq və ölkə səviyyəli yarışlarda uğur qazanmış idmançılar təltif olunublar.

Keçidlər