Şriftin ölçüsü :

Saytın rəngi :

“5 iyun - Su təsərrüfatı və meliorasiyası işçiləri günü” qeyd olunub

05 iyun 2026 | 12:16
        “5 İyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Namiq Cəfərov, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən bölməsinin rəisi İlqar Məhərrəmov, Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri İsmayıl Əvəzov və idarənin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
        Tədbirdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan meliorasiya və irriqasiya siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, ölkədə su ehtiyatlarından səmərəli istifadə olunması, meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.
Keçidlər