Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Müstəqillik günü qeyd olunub

28 may 2026 | 11:36
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
        Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Tədbirdə Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca videoçarx təqdim olunub.
        Çıxışlarda bildirilib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik iradəsini dünyaya nümayiş etdirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz iz qoydu. 2021-ci ilin 15 oktyabrından bu tarix Müstəqillik Günü kimi qeyd olunur.
        Vurğulanıb ki, Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində ölkəmiz müstəqilliyini qoruyaraq inkişaf yoluna qədəm qoyub. Bu gün isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan regionun və dünyanın nüfuzlu dövlətinə çevrilmişdir.
Keçidlər