27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam edir
25 sentyabr 2026 | 12:13
Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH-nin məsul əməkdaşları, YAP nümayəndələri, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, QHT nümayəndələri, ziyalılar və fəal gənclər iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mövzu ilə bağlı videoçarx təqdim olunub.
Tədbirdə RİHB-nın müavini Kəmalə İbrahimova, YAP rayon təşkilatının sədri Vüqar İsayev, rayon ziyalısı Salman Balakişiyev, QHT sədri Həbib Hüseynov, müharibə iştirakçısı Valeh Mustafayev, fəal gənclərdən Şəhla Rüstəmova, Arzu İbrahimova və digər natiqlər çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu qeyd etmişlər, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Vətən övladlarının şücaətindən, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb, əldə olunan tarixi Zəfərdə Müzəffər Ali Baş Komandan–xalq–ordu birliyinin mühüm rolu xüsusi vurğulanıb.












