Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilir

23 sentyabr 2026 | 18:18
       27 Sentyabr – Anım Günü ərəfəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində şəhidlərin əziz xatirəsinin yad edilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin ictimaiyyətə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə silsilə tədbirlər keçirilir.
       Göygöl Rayon Mərkəzi Xəstəxanasında, rayon məktəblərində, Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbində anım tədbirləri keçirilib.
       Tədbirlərdə RİH-in məsul əməkdaşları, idarə, təşkilat və müəssisələrin nümayəndələri, ağsaqqallar, şəhid ailələri, məktəblilər və gənclər iştirak ediblər.
       Anım tədbirlərində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
       Çıxışlarda şəhidlərin həyat və döyüş yolundan, qəhrəmanlığından, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs olunub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.
       Azərbaycan xalqının Vətən uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsini əziz tutduğu, onları daim xüsusi ehtiramla yad etdiyi və onlarla qürur duyduğu diqqətə çatdırılaraq şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb.
Keçidlər