Şriftin ölçüsü :

Saytın rəngi :

“26 Avqust – Laçın Şəhəri Günü” qeyd edilib

26 avqust 2026 | 11:44
        Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “26 Avqust – Laçın Şəhəri Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə RİH-in məsul əməkdaşları, şəhid  ailəsi üzvləri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, əməkdaşları, ziyalılar iştirak ediblər.
        Tədbirdə çıxış edən natiqlər Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış tarixi torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və qəhrəman əsgərlərimizin səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldan azad olunduğunu vurğulayaraq Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Bildirilib ki, ordusu tamamilə darmadağın edilən Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata - kapitulyasiya aktına əsasən, işğal altında saxladığı digər üç rayonu döyüşsüz boşaltmalı oldu. Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilərək, öz azadlığına qovuşdu.
        2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da Laçının işğalına tamamilə son qoyuldu. Həmçinin vurğulandı ki, bu gün Laçında geniş bərpa-quruculuq işləri aparılır, həmvətənlərimiz öz yurd-yuvalarına qayıdır, azad olunmuş torpaqlarımızda həyat yenidən canlanır.
        Sonda videoçarx təqdim edilib.
Keçidlər