25 Noyabr – Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib
25 noyabr 2026 | 14:52
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-nin məsul əməkdaşları, təhsil işçiləri, ziyalılar, gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis etdiyi bu günün məqsədi qadınların və qızların zorakılığın bütün formalarından müdafiəsinə diqqəti artırmaq, hüquqlarının təmin olunması üçün beynəlxalq əməkdaşlığı gücləndirmək və cəmiyyətdə məsuliyyət hissini yüksəltməkdir. Bildirilib ki, bu istiqamətdə maarifləndirmə, hüquqi biliklərin artırılması, zorakılıq hallarına qarşı laqeyd münasibətin aradan qaldırılması və zərərçəkən şəxslərə dəstək göstərilməsi xüsusi önəm daşıyır.
Sonda qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş videoçarx nümayiş olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb, “16 günlük fəallıq” kampaniyası çərçivəsində aktiv olmaq tövsiyə olunub.












