Şriftin ölçüsü :

Saytın rəngi :

20 Oktyabr – Energetiklər Günü qeyd olunub

20 oktyabr 2026 | 11:12

Ölkəmizin energetika sahəsində çalışan mütəxəssislər hər il oktyabrın 20-də Energetiklər Gününü qürur və iftixarla qeyd edirlər.

Bu əlamətdar günün təsis edilməsi Azərbaycan energetikasının inkişafında mühüm tarixi hadisə ilə bağlıdır. Belə ki, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verilib. Bu hadisə milli elektroenergetika sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyub. 2004-cü il oktyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 oktyabr Energetiklər Günü elan edilib.

Energetiklər Günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzov, Göygöl Elektrik Şəbəkəsinin rəisi Şahin Yusubov və kollektivin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.

Bu gün ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında, energetika infrastrukturunun müasirləşdirilməsində və sahənin davamlı inkişafında energetiklərin əməyi mühüm əhəmiyyət daşıyır.

Bütün energetikləri peşə bayramları münasibətilə təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər