2 İyul – Azərbaycan Polisi Günü
02 iyul 2026 | 13:15
Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
RPŞ-də keçirilən tədbirdə çıxış edən V.Novruzov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, ictimai asayişin qorunması, qanunun aliliyinin təmin olunması və vətəndaşların təhlükəsizliyinin keşiyində göstərdiyi fədakar xidmətlərdən bəhs edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və hüquq-mühafizə siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq dövlətimizin başçısının polis orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahədə ardıcıl islahatlar həyata keçirildiyini, polis əməkdaşlarının xidmət şəraiti və maddi-texniki təminatı daha da gücləndirildiyini bildirib. Vurğulanıb ki, Azərbaycan Polisi 44 günlük Vətən müharibəsi və suverenliyinin tam bərpası istiqamətində Qəhrəman Ordumuzla birlikdə böyük fədakarlıq göstərərək dövlətçiliyimizə sədaqət nümunəsi nümayiş etdirmişdir.
Çıxış edən Ş.Kazımov Azərbaycan polisinin cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını vurğulayaraq polis orqanlarına göstərilən yüksək dövlət qayğısına görə Möhtərəm Prezidentimizə minnətdarlığını ifadə edib, şəxsi heyətin bundan sonra da dövlətə, xalqa və qanunçuluğa sədaqətlə xidmət edəcəyini bildirib.
Xidmətdə fərqlənən bir sıra polis əməkdaşı fəxri fərmanla təltif olunublar.












