Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Gənclər Günü qeyd olunub

02 fevral 2026 | 12:37

          2 fevral-Gənclər Günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Ümummilli Liderimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

          Çıxış nitqində gəncləri bu əlamətdar gün münasibətilə təbrik edən RİHB-sı Vüqar Novruzov qeyd edib  ki,  Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstəyin göstərilməsinin əsası Ulu Öndərin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verməklə bərabər onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

          Tədbirdə çıxış edən natiqlər Dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayaraq gənclərin müasir dövrdə ölkəmizin inkişafı naminə üzərinə düşən məsul vəzifələr barədə fikirlərini səsləndiriblər.

          Gənclər çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

          Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etmiş bir qrup gəncə RİHB-nın Fəxri Fərmanı, YAP rayon təşkilatı tərəfindən Təşəkkürnamə, YAP üzvlüyünə qəbul olmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub, xatirə fotosu çəkdirilib.

          Tədbirdə YAP rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Rayon Gənclər Evinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

Keçidlər