Şriftin ölçüsü :

Saytın rəngi :

18 Aprel – Beynəlxalq Abidələr Günü qeyd olunub

17 aprel 2026 | 17:24

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində rayonun Çaykənd kəndində yerləşən Müqəddəs Məryəm kilsəsinə ekskursiya təşkil olunub. Kəndin qərb hissəsində yerləşən bu yerli əhəmiyyətli tarixi abidə öz qədimiliyi, memarlıq xüsusiyyətləri və mənəvi dəyəri ilə seçilərək turistlərin diqqətini cəlb edir.

Çıxış edənlər Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən danışaraq bölgənin zəngin mədəni irsinin qorunmasının vacibliyi vurğulanaraq tarixi abidələr xalqın keçmişini, mədəniyyətini və milli kimliyini yaşadan əsas dəyərlərdən, bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir cəmiyyətin qarşısında duran mühüm və məsuliyyətli vəzifə olduğu bildirilib.

Tədbir Rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” Xalq kollektivinin konsert proqramı və uşaqların ifasında təqdim olunan milli rəqslərlə davam edib.

Keçidlər