17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
18 iyun 2026 | 10:09
Göygöldə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev və tibb işçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası əsasında ölkədə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilib və bu siyasət bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsinin inkişafı davamlı xarakter alıb. Bu gün təkcə paytaxt Bakıda deyil, regionlarda da müasir tibb mərkəzləri istifadəyə verilir, mövcud tibb müəssisələri əsaslı şəkildə yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təmin olunur.
Bir sıra tibb işçisinə fəxri fərman təqdim edilib və xatirə fotosu çəkdirilib.












