15 oktyabr - Azərbaycanın tərəqqi yolunun yeni başlanğıcı
14 oktyabr 2026 | 17:32
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Möhtərəm Prezident cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunmuş “15 oktyabr - Azərbaycanın tərəqqi yolunun yeni başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə RİH-in, idarə və müəsissələrin məsul əməkdaşları, ziyalılar və gənclər iştirak edib.
Əvvəlcə müstəqil respublikamızın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər 2003-cü ilin 15 oktyabr gününün Azərbaycan tarixinə çox mühüm və əlamətdar gün kimi daxil olduğunu vurğulayaraq Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, xalqa verilən vədlərin bütünlüklə yerinə yetirildiyini bildiriblər. Qeyd edilib ki, dövlət başçımızın fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpaolunması təşkil edir. Bu Zəfər salnaməsi həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Çıxışçılar həmçinin, YAP-ın VIII Qurultayında qarşıya qoyulan prioritet vəzifələr və onların həyata keçirilməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.
Sonda Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və bu siyasətin real nəticələrini özündə əks etdirən videoçarx təqdim olunub.












