Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

11 iyun 2026 | 16:08
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda tədbir keçirilib.
        Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.
        Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
        RİH-nin başçısı V.Novruzov, YAP rayon təşkilatının sədri V.İsayev, Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbinin direktoru N.Quliyeva çıxışlarında 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına, dövlət müstəqilliyinin qorunmasına və inkişafın möhkəm təməllərinin formalaşmasına zəmin yaradıb. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir.
        Tədbir musiqi proqramı ilə davam edib.
Keçidlər