Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr – Konstitusiya Günü qeyd olunub

12 noyabr 2026 | 11:00
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, YAP rayon təşkilatının sədri Vüqar İsayev, Rayon Prokurorunun köməkçisi Elçin Abbasov, RİH-in məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, müəllimlər, gənclər iştirak ediblər.
        Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
        Natiqlər çıxışlarında Konstitusiyanın qəbul edilməsinin müstəqil Azərbaycan dövlətçiliyinin tarixində mühüm hadisə olduğunu qeyd edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğunun, demokratik inkişafın və insan hüquq və azadlıqlarının təmin edilməsinin əsasını təşkil ediyini bildiriblər.
        Çıxışlarda həmçinin Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi islahatların uğurla davam etdirildiyi, qanunun aliliyinin və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu diqqətə çatdırılıb.
        Sonda Konstitusiyanın mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, qanunlara hörmət və hüquqi maarifləndirmənin əhəmiyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Keçidlər