12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub
12 avqust 2026 | 11:49
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin, Rayon gənclər və idman sektorunun, “Göygöl Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, gənclər iştirak edib.
Çıxış edən natiqlər gəncləri təbrik edərək vurğulayıblar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının gənclərə olan xüsusi diqqət və qayğısının, inamının nəticəsidir k, bu gün Azərbaycan gəncləri həm özünün vətənpərvərliyi, həm də yüksək intellekti, dünyagörüşü, bilikləri ilə ölkəmizi layiqincə təmsil edirlər. Qeyd edilib ki, hazırda istedadlı gənclərin potensialının aşkara çıxarılması, onların məşğulluğunun təmin edilməsi, hərtərəfli inkişafları məqsədilə imkanların artırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Tədbirdə istedadlı gənclərin rəsm əsərlərindən ibarət sərgiyə və Kitab Köşkünə baxış keçirilib.
Sonra gənclərin iştirakı ilə stolüstü oyunlar təşkil olunub. İştirakçılar oyunlarda fəal iştirak edərək həm bacarıqlarını nümayiş etdirib, həm də asudə vaxtlarını səmərəli keçiriblər.












