1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü
01 oktyabr 2026 | 11:56
Azərbaycanın prokurorluq orqanlarının yaranmasından 108 il ötür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının biri “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmişdir. Bu əlamətdar günün qeyd olunması dövlətimizin prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Göygöl rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, rayon Prokuroru Rəsul Həsənov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri iştirak edib.
Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.












