1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib
01 noyabr 2026 | 12:14
Möhtərəm Prezident cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bununla əlaqədar Göygöl rayonunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, Süni Mayalanma Mərkəzinin kollektiv üzvləri və rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.












